Bal, şan balı, şirə.
Hər cəfənglər saz götürüb, söz deyib,
Şairlik ismini sana çəkməsin.
Cibin, milçək, zənbur kimi sızlayıb,
Qanqalın şəhdini şana çəkməsin.
(“Nəcəf və Pərzad”)
*
Dastanlarda şəhdü şəkər şəklində daha çox işlənir.
Əzəldən aşnaydıq, yad olduq nədən?
Mən sənə qurbanam, ay nazik bədən!
Girəydim qoynuna ta ki, sübhətən,
Şəhdü şəkkər dilin qurbanı canım.
(“Abdulla və Cahan”)
*
Alagözlü, nazlı Şirin,
Qayıt bəri, qayıt bəri.
Şəhdi şəkər sözlü Şirin,
Qayıt bəri, qayıt bəri.
(“Fərhad və Şirin”)
*
Bu canım qurban boyuna,
Sərvboylu bala gəlin.
Şərbəti şəhdü şəkər,
Ləbində piyala gəlin.
(“Mahmud-Niyar xanım”)